Türkiyə və Fransa prezidentləri ikitərəfli münasibətləri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçılarının Zirvə toplantısında iştirak etmək üçün qaldığı ABŞ-ın paytaxtı Vaşinqtonda Fransa prezidenti Emmanuel Makronla görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Ofisindən məlumat verilib.

 

Görüş zamanı prezidentlər Türkiyə və Fransa münasibətləri, Ukrayna ilə Rusiya arasında müharibənin gedişi, İsrailin Fələstinə hücumları, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan Türkiyə ilə Fransa arasında bütün sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Türkiyənin Avropa İttifaqına daxil olması prosesinin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdıran Ərdoğan Türkiyənin bu məsələdə dəstək gözlədiyini bildirib.

  

Prezident Ərdoğan Qərb ölkələrinin İsraili atəşkəsə təşviq etməsinin regional və qlobal sülhə töhfə verəcəyini vurğulayıb. O, Fransanı bu istiqamətdə konkret addımlar atmağa çağırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.