İsrail və Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs razılaşması planı üzrə razılığa gəliblər, lakin təfərrüatlar hələ də işlənib hazırlanmalıdır.
Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Altı həftə əvvəl mən BMT Təhlükəsizlik Şurası və Yeddilik Qrupu tərəfindən təsdiqlənən müfəssəl plan hazırladım. Bu plan İsrail və HƏMAS-la razılaşdırılıb, təfərrüatları işləmək üçün bölgəyə nümayəndələr göndərdim", - Bayden bildirib.
O, həmçinin qeyd edib ki, razılaşmada hələ də boşluqlar var, lakin ümumilikdə müsbət tendensiya müşahidə olunur.
"Bu razılaşmaya nail olmaq və bu müharibəni bitirmək əzmindəyəm", - ABŞ lideri vurğulayıb.