Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata keçirilən “Qısqac-21” əməliyyatı nəticəsində qanunsuz yollarla xaricə qaçmağa cəhd edən 8 FETÖ üzvü saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, terrorçular “Asteri” adlı qayıqda ələ keçiriliblər.
Əməliyyat Türkiyənin Sahil Mühafizə Xidmətinin Egey Dənizi Regional Komandanlığı, Milli Kəşfiyyat Təşkilatının (MİT) İzmir bölgəsi üzrə baş idarəsi və İzmir Jandarma Komandanlığının koordinasiyasında həyata keçirilib.