Malta təmsilçisi olan 45 yaşlı Roberta Metsola ikinci dəfə Avropa Parlamentinin prezidenti seçilib.
Yerli KİV-in xəbərinə görə, 623 deputatdan 562 nəfəri onun lehinə səs verib. R. Metsolanın rəqibi olan İrene Montero isə 61 nəfərin etimadını qazanıb.
Qeyd edək ki, Avropa Parlamentinin prezidentinin səlahiyyət müddəti 2 il 6 ay təşkil edir. Bu posta növbəti seçki 2027-ci ilin yanvarında keçiriləcək.