Gürcüstan bu il təkcə turizmdən 4,5 milyard dollar gəlir götürəcək

Gürcüstanın beynəlxalq hava limanları (Tbilisi, Kutaisi, Batumi) cari ilin yanvar-iyun aylarında 3,2 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Gürcüstanın beynəlxalq bazarlarda tanıdılması istiqamətində aparılan aktiv marketinq kampaniyaları nəticəsində həm turist axını, həm də sərnişin axını xeyli artıb. “2024-cü ilin ilk altı ayında Gürcüstanın hər üç beynəlxalq hava limanı 3 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da tarixi maksimumdur", - deyə nazirliyin açıqlamasında deyilir.

 

İlin ilk altı ayında Gürcüstan hava limanları vasitəsilə yüklərin daşınmasının həcmi 23 faiz artaraq 11,02 milyon tona çatıb.

 

Gürcüstan hakimiyyəti bu il ölkəni 7,9 milyon xarici turistin ziyarət edəcəyini, turizm gəlirlərinin isə 4,3 milyard dollardan (2023-cü il) 4,5 milyard dollara qədər artacağını gözləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.