Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.
“Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər”,- o qeyd edib.
Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.