Ukrayna Gürcüstanla bərə reyslərinin bərpasını təxirə salıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Batumi ilə Çernomorsk arasında iyulun 9-na planlaşdırılan ilk səfər iyulun 24-nə təxirə salınıb. Bərə marşrutu Krımdan yan keçir. İlk reys iyulun 12-də Gürcüstana çatmalı idi.
Vaxtın dəyişdirilməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edilib ki, Gürcüstanla əlaqələrin bərpası Kiyevə Qafqaz və Mərkəzi Asiya bazarlarına çıxış əldə etməyə imkan verəcək.