“İnterfaks” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Estoniyanın avtomobil-sərhəd buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və yüklərin daşınması yalnız səhər saatlarında mümkün olacaq”, - məlumatda bildirilib.
Məhdudiyyətlər sanksiya altında olan mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.
“Sərhəd keçid məntəqələrinin fəaliyyətinə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi münasibətlərin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiya siyasətindən irəli gəlir”, - maliyyə naziri Mart Vorklaev bildirib.