Təl-Əviv gecə saatlarında baş vermiş dron partlayışından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib.
TASS xəbər verir ki, bu barədə şəhər meri Ron Huldai “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Təl-Əviv-Yafo bələdiyyəsi bir nəfərin ölümü, bir neçə nəfərin isə yaralanması ilə nəticələnən insidentlə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib. İctimaiyyəti verilən göstərişlərə əməl etməyə çağırıram”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, daha əvvəl İsrail polisinin mətbuat xidməti Təl-Əvivin mərkəzində güclü partlayışla əlaqədar yüzlərlə zəngin daxil olması ilə bağlı məlumat yayıb. İnsident nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb.
Təcili yardım xidmətinin məlumatına görə, hadisə Təl-Əvivin mərkəzində, ABŞ konsulluğunun binasının yerləşdiyi ərazidən təxminən 150 metr aralıda baş verib.