Hərbi əsirlərimizin sayı 10 mini ötür - UKRAYNALI NÜMAYƏNDƏ

Ukraynalı hərbi əsirlərin sayı 10 min nəfəri ötür və onların heç də hamısı hərbçi deyil.


Bunu “Mariupolun Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndəsi Larisa Salayeva Ukraynanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə deyib.


Qeyd edək ki, “Mariupol Müdafiəçilərinə Azadlıq” ictimai təşkilatının nümayəndələri Bakıdadırlar və bu gün səfirlikdə keçirilən dəyirmi masada iştirak ediblər.


LSalayeva bildirib ki, ukraynalı hərbi əsirlərə normal münasibət göstərmirlər, nə Cenevrə Konvensiyalarına, nə də humanitar qanunlara əməl edilir.


“Biz beynəlxalq razılaşmaların həyata keçirilməsini istəyirik. Mülki əhalinin yeri barədə heç bir şey məlum deyil, bu da beynəlxalq hüququn pozulmasıdır”, - Ukrayna mədəniyyət cəmiyyətinin Türkiyədəki nümayəndəsi Aliyə Hüseynova qeyd edib.


O vurğulayıb ki, Ukrayna tərəfi öz növbəsində beynəlxalq humanitar təşkilatlara rusiyalı hərbi əsirləri müşahidə etmək imkanı verir və eyni zamanda Cenevrə Konvensiyalarının bütün şərtlərinə əməl edir.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.