İsrail Prezidenti İshaq Hersoq və onun nümayəndə heyəti Paris hava limanına endikdən sonra təyyarədən düşməsinə izn verilməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, təhlükəsizlik təhdidinə görə olub və Prezident Hersoq 40 dəqiqə təyyarədə gözləyib.
İsrail mediası yazır ki, Parisdə keçirilən Olimpiya Oyunlarına qatılan İsrail nümayəndə heyəti gücləndirilmiş təhlükəsizliklə təmin edilib.