Böyük Britaniyanın yeni hökuməti İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə əvvəlki hökumətin verdiyi etirazı geri götürəcək.
Bu barədə "New York Times" hökumətin məsələ ilə bağlı müzakirələrindən xəbərdar adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbərlik etdiyi yeni hökumətin BCM prokurorunun Qəzzadakı müharibə ilə bağlı baş nazir Benyamin Netanyahuya qarşı həbs orderi tələbinə son hökumətin etirazlarından geri çəkiləcəyi gözlənilir.
"New York Times" xəbər verir ki, Böyük Britaniyanın yeni Baş naziri Keir Starmerin qərarının bu həftənin sonuna qədər veriləcəyi gözlənilir.