İran Prezidentinin andiçməsi: QADAĞALAR TƏTBİQ EDİLİR

Tehranın Mehrabad Beynəlxalq Hava Limanının uçuşlarına İranın yeni Prezidentinin andiçmə mərasiminə görə məhdudiyyətlər tətbiq edilib.

 

Yerli KİV bildirir ki, bu barədə Mehrabad hava limanının rəhbəri İbrahim Muradi Mülki Aviasiya Təşkilatında keçirilən iclasda deyib.

 

“İyulun 28-i və 30-u tarixlərində Tehran hava limanı daxilində bütün VFR uçuşları (vizual uçuş) dayandırılıb. Habelə Mehrabad hava limanı reysləri andiçmə mərasimi günü saat 12:00-dək normal rejimdə həyata keçiriləcək. Yerli vaxtla saat 12:00-dan 22:00-a qədər hava limanına heç bir reys qəbul edilməyəcək, yalnız hava limanından uçuşlar olacaq”.

 

Onun sözlərinə görə, bu qərar andiçmə mərasimini asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilib.

 

Axar.az xatırladır ki, Məsud Pezeşkianın andiçmə mərasimi 30 iyulda İran parlamentində keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.