Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən təkbətək görüşü zamanı tərəflər Ukrayna müharibəsi ətrafında geniş fikir mübadiləsi aparıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, danışıqlarda iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, Qəzza sektoru və Suriyada vəziyyət, eləcə də digər regional məsələlər gündəmə gətirilib.
**12:56
Türkiyənin xarici işlər naziri Hakan Fidan Laosun paytaxtı Viantianda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Yeri KİV xəbər verir ki, tərəflər Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici siyasət idarələri rəhbərlərinin növbəti iclası çərçivəsində bir araya gəliblər.
Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.