Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək
Pompeo

Donald Tramp yenidən ABŞ-ın prezidenti seçilərsə, Ukraynaya 500 milyard dollar həcmində yardım edəcək.


Bu barədə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.


“Trampın Sülh Planı” adlı yazıda göstərilir ki, yaranmış böhranın həlli üçün müharibə dondurulmalı, Ukrayna hərbi cəhətdən daha da gücləndirilməlidir.


M. Pompeo daha sonra NATO-nun da adı çəkilən ölkəyə 100 milyard dollar həcmində vəsait ayırmasının vacibliyinə toxunub.


O yazıb ki, rəsmi Kiyevə məhdudiyyətsiz sayda silah-sursat verilməli, Ukrayna mütləq şəkildə Avropa İttifaqına qəbul edilməlidir.


Keçmiş dövlət katibi Avrozona ölkələrinin etibarlı müdafiəsi üçün hərbi xərclərin ümumdaxili məhsulun 3 faizi həcmində müəyyənləşdirilməsi, Rusiyaya əlavə sanksiyaların tətbiqi, habelə Krımın hərbsizləşdirilməsinin vacibliyini önə çəkib.


M. Pompeonun qənaətincə sanksiyalar yalnız Rusiya qarşıya qoyulan tələbləri yerinə yetirdiyi halda aradan qaldırılmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.