Avropa ABŞ-dakı prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməlidir - VİKTOR ORBAN

Baş nazir Viktor Orban rəsmi Brüsseli Macarıstanın missiyasını müharibə tərəfdarı adlandırdığına görə tənqid edib və sülh naminə addımlar atdığını bildirib.

Bu barədə Macarıstanın Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bildirilib ki, Macarıstanın Baş naziri qarşıdan gələn ABŞ seçkilərinə toxunaraq "Tramp qapıdadır" deyib.

"Avropa ABŞ-dakı prezident seçkilərindən əvvəl sülh siyasətini qəbul etməsə, Donald Trampın qələbəsindən sonra bunu biabırçı şəkildə və təkbaşına etməli olacaq. Aİ-nin təsis müqaviləsində açıq şəkildə “İttifaqın məqsədi sülhdür” yazılıb. Macarıstanın sülh missiyası başlayandan bəri dialoqlar da başlayıb. ABŞ və Rusiya xarici işlər nazirləri danışıb, İsveçrə və Rusiya xarici işlər nazirləri görüşüb. Ukrayna Prezidenti Volodimir Zelenski nəhayət Donald Trampa zəng edib və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Pekinə səfər edib", - V.Orban əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.