Blinken həmkarına Çinin Rusiyaya verdiyi hərbi dəstəyə görə narahatlığını bildirib

ABŞ dövlət katibi Entoni Blinken Çin xarici işlər naziri Vanq İ ilə görüşüb.


ABŞ Dövlət Departamentinin saytı xəbər verir ki, görüş ASEAN ölkələrinin XİN rəhbərlərinin Laosda keçirilən iclası çərçivəsində baş tutub.

Dövlət Departamenti bildirib ki, tərəflər ikitərəfli, regional və qlobal məsələlər üzrə açıq və məhsuldar müzakirələr aparıblar.


"Dövlət katibi Blinken ölkələr arasında rəqabəti məsuliyyətlə idarə etmək, fikir ayrılığı olan sahələrlə bağlı səmimi müzakirələr aparmaq və Amerika xalqı və dünya üçün vacib olan əməkdaşlıq sahələrində irəliləyiş əldə etmək üçün diplomatiyadan istifadənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət katibi bir daha qeyd edib ki, Birləşmiş Ştatlar bizim, müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqlarını və dəyərlərini, o cümlədən insan haqlarını qorumaq üçün lazımi tədbirlər görməyə davam edəcək", - ABŞ Dövlət Departamenti bildirib.


Tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ətrtafında da müzakirə aparıblar. "Dövlət katibi ÇXR-in Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən ciddi narahatlığını təkrar edib və açıq şəkildə bildirib ki, ÇXR Avropa təhlükəsizliyinə qarşı bu təhlükəni aradan qaldırmaq üçün hərəkətə keçməsə, Birləşmiş Ştatlar bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək", ABŞ Dövlət Departamenti yaydığı məlumatda bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.