İsrail qırıcıları "Hizbullah" hərəkatının Holan yüksəkliklərini atəşə tutmasından sonra Livanın cənubuna zərbələr endiriblər.
Bu barədə Livanın “Al manar” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail aviasiyası Əl-Hayam və Kfar-Kila şəhərlərinə, eləcə də Tir dairəsindəki Abbasiyyə və Burj əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib. Daha bir raket Teyr Harfa kəndinə atılıb.
Holan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.