İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, şiə Hizbullah təşkilatı qoşunlarını İsraillə sərhəddən çıxarmalıdır, çünki bu, Livanda müharibədən qaçmaq üçün son şansdır.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, İsrailin Xarici İşlər Nazirliyi dünən də “Hizbullah” və Livanla genişmiqyaslı müharibənin qaçılmaz olduğunu açıqlayıb. Nazir Colan təpələrindəki Məcdəl Şəms kəndinin atəşə tutulmasının bütün qırmızı xətləri keçdiyini deyib.