Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə səfər edəcək.
Bu barədə iqtidaryönlü “Türkiyə” qəzeti yazıb.
Abbasın Türkiyə parlamentində çıxış edəcəyi bildirilir.
Səfərin vaxtı göstərilməyib.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mahmud Abbası parlamentdə çıxış etməyə dəvət etdiyini, lakin onun gəlmədiyini, dəvəti qəbul etmədiyi üçün üzr istəməli olduğunu bildirib.