Pezeşkiandan Makrona xəbərdarlıq:
İSRAİL HÜCUM ETSƏ...

İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

 

İSNA xəbər verir ki, söhbət zamanı Pezeşkian İsrailin Livana mümkün hücumunun ciddi nəticələri ilə bağlı həmkarına xəbərdarlıq edib.

 

“Əgər sionist rejim (İsrail nəzərdə tutulur) Livana hücum edərsə, böyük səhvə yol verəcək və bunun onun üçün ağır nəticələri olacaq. İsrail 75 ildən artıqdır ki, Fələstin ərazilərini işğal etməklə bütün beynəlxalq normaları tapdalayıb”.

 

Pezeşkian həmçinin Fransa ilə münasibətləri dürüstlük və qarşılıqlı etimad əsasında qurmağa hazır olduğunu bəyan edib.

 

Öz növbəsində Makron Pezeşkianı prezident seçilməsi münasibətilə təbrik edib və İranla Avropa ölkələri arasında münasibətlərin, o cümlədən Fransa ilə ikitərəfli əlaqələrin yaxşılaşacağına ümid etdiyini bildirib.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.