Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianla görüşüb.
Məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei də Nikol Paşinyanı qəbul edib.
**09:30
Ermənistan baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşəcək və İran prezidentinin rəsmi andiçmə mərasimində iştirak edəcək.