İran Prezidenti Hizbullah baş katibinin müavinini qəbul edib

İran Prezidenti Məsud Pezeşkian Andiçmə mərasimi üçün Tehrana gələn Hizbullah baş katibinin müavini Şeyx Nəim Kasımla görüşüb.

 

Senzor.az Mehr agentliyinə istinadən bildirir ki, Prezident Pezeşkian görüşdə İsrailin Qəzza xalqına qarşı törətdiyi dəhşətli cinayətlərə toxunaraq, ABŞ və bəzi Qərb ölkələrinin bu cinayətlərə dəstəyini insan haqları müdafiəçilərinin sifətində növbəti qara ləkə kimi qiymətləndirib.

 

Pezeşkian bu gün müsəlmanların İslam dünyasında birlik və həmrəylik içində olmasının vacibliyini vurğulayaraq, “müsəlmanlar Peyğəmbərimizin (s) tövsiyə və göstərişləri istiqamətində bir yerdə dayansalar, sionist rejim və tərəfdarları Fələstin xalqına qarşı belə cinayətlər edə bilməzdi” deyib.


O, müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi, eləcə də İslam cəmiyyətlərində yaxınlaşma və həmrəyliyin artırılması səylərinin hökumətinin xarici siyasətinin prioritetlərindən olduğunu bildirib. 

 

Görüşdə Hizbullah baş katibinin müavini Şeyx Naim Kasım Pezeşkianı İranın yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.