Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri, sui-qəsd nəticəsində şəhid olan İsmayıl Haniyə ilə Tehranda vida mərasimi keçirilir.
Senzor.az bildirir ki, mərasimdə İran Prezidenti Məsud Pezeşkian, yüksək rütbəli mülki və hərbi rəsmilər iştirak edirlər.
Cənazə namazı Tehran Universitetinin kampusunda ölkənin ruhani lideri Ayətullah Əli Xameneinin iştirakı ilə qılınıb.
Məhdud sayda insan namaz qılıb, lakin universitetin qapısı önünə minlərlə insan toplaşıb.
Mərasimdən sonra HƏMAS lideri İsmayıl Haniyənin cənazəsi Qətərə aparılacaq.
Qeyd edək ki, Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.