"Venesuela Səudiyyə Ərəbistanından da böyük neft ehtiyatlarına malikdir, lakin onu hasil etmək üçün vəsaitə malik deyil".
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə politoloq Vadim Siprov bildirib.
O qeyd edib ki, son vaxtlara qədər yataqların işlənməsi üçün müqavilələrin əsas payı amerikalıların payına düşürdü.
"Amma indi prezident Nikolas Maduro BRİKS-dəki tərəfdaşlara neft və qaz sahələrinin işlənməsi üçün icazə verməyi planlaşdırdığını açıqlayıb. Bu da Birləşmiş Ştatların xoşuna gəlməyib. Ona görə ki, bu halda onlar texnoloji tələyə düşəcəklər - Amerika zavodları Venesuela nefti üçün uyğunlaşdırılıb", - deyə Siprov vurğulayıb.