İranda qum fırtınası ilə əlaqədar 1 362 nəfər xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qum fırtınası Sistan-Beluçistan ostanının şimalında daha güclü olub.
Qum fırtınası 1 milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərini əhatə edib, son 5 gündə 1362 nəfər xəstəxanaya yerləşdirilib.