Britaniyada radikal sağçı qrupların aksiyaları davam edir – AZI 90 NƏFƏR SAXLANILIB

Britaniyanın müxtəlif şəhərlərində radikal sağçı qrupların keçirdiyi aksiyalar davam edir.

 

Senzor.az bildirir ki, Bristol, Lids, Sanderlend, Blekpul, Stok-on-Trent, Mançester və Hull şəhərlərində təşkil olunan aksiyalar zamanı polis minimum 90 nümayişçini saxlayıb. 

 

Nümayişlər zamanı polis əməkdaşları hücuma məruz qalıb və yaralanıblar. Ən şiddətli zorakılıq Liverpulda baş verib. Orada iki polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

 

Baş nazir Kir Starmer hökumətin polis qüvvələrinə ifrat sağçılara qarşı tədbir görməsi üçün tam dəstək verəcəyini deyib.

 

Qeyd edək ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.