İran Prezidenti Şoyqu ilə görüşdü: “RUSİYA BİZİM STRATEJİ TƏRƏFDAŞIMIZDIR”
VİDEO

İran Prezidenti Məsud Pezeşkian Tehrana səfər edən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

 

Senzor.az bildirir ki, Pezeşkian görüşdə Rusiyanın çətin anlarda İranın yanında olduğunu bəyan edərək, "Bu strateji tərəfdaşla münasibətlərin yaxşılaşdırılması İranın xarici siyasətinin prioritetləri sırasındadır" deyib.

 

Pezeşkian vurğulayıb ki, İran və Rusiya arasında imzalanmış müqavilələrin icrası sürətləndirilməlidir.

 

ABŞ-ın rəhbərlik etdiyi “birqütblü dünya nizamı”nın sona çatdığını qeyd edən Pezeşkian “Çoxqütblü dünya nizamının qurulması istiqamətində İran və Rusiya arasında əməkdaşlıq qlobal təhlükəsizlik və sülhün lehinə olacaq” deyib.

 

Pezeşkiyan bildirib: Qəzzada məzlum və müdafiəsiz insanlara qarşı hücumların davam etməsi və HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İsrail rejiminin bütün beynəlxalq qanun və qanunları pozmasının bariz nümunəsidir.

 

Prezident Pezeşkian ABŞ və bəzi Qərb ölkələrinin sionist İsrailin törətdiyi cinayətlərə verdiyi dəstəyi sərt şəkildə tənqid edərək vurğulayıb: “İran regionda gərginliyin artmasının tərəfdarı deyil, lakin Tel-Əviv rejimi təkəbbürünün mükafatını mütləq alacaq".

 

Şoyqu həmçinin İran Prezidenti seçilən Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

 

Rusiya rəsmisi qeyd edib ki, İran İslam Respublikası Rusiyanın regionda ən mühüm və strateji müttəfiqlərindən biridir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.