Kosovonun şimalında Serbiyanın poçt şöbələri bağlanıb

Kosovo polisi ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyanın “Posta Srbije” milli poçt xidmətinin doqquz şöbəsini bağlayıb.

 

AZƏRTAC xəbər verir ki, bu addım Kosovo Mərkəzi Bankının Serbiya valyutası dinardan istifadəni qadağan etmək siyasətinin tərkib hissəsidir.

 

Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo tərəfinin bu addımını pisləyib, bunu hərbi münaqişəyə səbəb olmaq cəhdi kimi qiymətləndirib və Brüsseli bununla bağlı tədbir görməyə çağırıb. “Biz müharibə istəmirik, sülhü qorumaq niyyətindəyik. Lakin Kosovo tərəfi bu addımları bilərəkdən, mütəşəkkil şəkildə və müəyyən Qərb güclərinin dəstəyi ilə atır”, – deyə Serbiya Prezidenti bildirib.

 

Həm ABŞ, həm də Avropa İttifaqı Kosovonun bu addımını pisləyib. Birləşmiş Ştatların Priştinadakı səfirliyi ABŞ-ın Kosovonun bu hərəkətindən dərin məyusluq hissi keçirdiyini bildirib.

 

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano isə birtərəfli və razılaşdırılmamış addımların Aİ-nin dialoq səylərinə xələl gətirdiyini deyib.“Biz Kosovo hökumətini qərarını yenidən nəzərdən keçirməyə çağırır və bu məsələnin dialoq çərçivəsində danışıqlar yolu ilə həllini tapmasına ümid bəsləyirik”, - deyə o əlavə edib.

 

Xatırladaq ki, mayın sonlarında Kosovo hökuməti ölkənin şimalında serblərin yaşadığı bələdiyyələrdə Serbiyaya məxsus Post Əmanət Bankının altı filialını bağlamışdı. Fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Kosovo 2002-ci ildən etibarən avrodan istifadə edir. Ölkənin şimalında serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə isə əhali həm serb dinarı, həm də avrodan istifadə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.