Banqladeşin keçmiş Baş naziri Şeyx Hasinin "Avami liq" Partiyasının 29 üzvünün meyiti aşkarlanıb.
Bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.
"Avami liq"in 10 tərəfdarı çərşənbə axşamı Satira şəhərində Baş nazirin vəzifəsindən istefası və ölkəni tərk etməsi xəbərindən sonrakı hücumlarda ölüb. "Avami liq"in liderlərinə və fəallarına məxsus evlər, müəssisələr dağıdılıb, talan edilib.
Kumilla şəhərində isə keçmiş Baş nazirin 11 partiyadaşı etirazçıların kütləvi hücumu nəticəsində həlak olub. Daha altı nəfər "Avami liq"in rayon şöbəsinin keçmiş müşavirinin üçmərtəbəli evinin girovları tərəfindən yandırılması nəticəsində ölüb. Ölənlər arasında partiya fəallarının ailə üzvləri, o cümlədən uşaqlar da var.