İran və Fransa prezidentləri arasında telefon danışığı olub

İran Prezidenti Məsud Pezeşkian və Fransa prezidenti Emmanuel Makron arasında Yaxın Şərqdəki vəziyyətlə əlaqədar telefon danışığı olub.


Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Prezidentinin Administrasiyası məlumat yayıb.


Telefon söhbətində Məsud Pezeşkian bildirib ki, İran regionda və dünyada sülh, stabillik və təhlükəsizliyin yaradılması, gərginlik, destabillik və müharibənin qarşısının alınmasına çalışır.


Pezeşkian əlavə edib ki, İran beynəlxalq sülh və təhlükəsizliyin bərpa olunması və müharibədən çəkinməyi özünün əsas prinsiplərindən biri hesab edir. Lakin beynəlxalq norma və qaydalar çərçivəsində öz mənafeyi və təhlükəsizliyinə təcavüz qarşısında əsla səssiz qalmayacaq.


Telefon söhbətində Fransa prezidenti Emmanuel Makron da Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra regionda vəziyyətin gərginləşməsindən nigaran olduğunu bildirib və İranı təmkinli olmağa çağırıb.


Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib. İran Haniyənin ölümündə İsraili ittiham edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.