İranda keçirilən növbədənkənar prezident seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub.
“Radiofarda” xəbər verir ki, bunu Norveçdə yerləşən İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri Müqəddəm bildirib.
Onun sözlərinə görə, Tehran hakimiyyəti İsraillə gərginliyə beynəlxalq diqqətdən sui-istifadə edərək məhbusların kütləvi qətllərini həyata keçirir: “Bununla da İranda boğucu mühit yaradır”.
M.Ə.Müqəddəm bildirib ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət yetirməzsə, yüzlərlə insan İranın qətl maşınının qurbanı olacaq.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu bu il iyunun 28-də, ikinci tur isə iyulun 5-də keçirilib.