Rusiyanın “Arbat” batalyonunun əsgərləri Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında ağır döyüşlərin getdiyi Kursk vilayətinə gəliblər.
Senzor.az bildirir ki, bu barədə Rusiya teleqram kanalları yazır.
Qeyd olunur ki, “Arbat” batalyonu və ya “erməni batalyonu” Hayk Qasparyanın komandanlığı altındadır. Həbsdə olduğu müddətdə Qasparyan “Vaqner” PMC-nin sıralarına qoşulub və orada hücum qrupunun komandiri rütbəsinə qədər yüksəlib.
Bundan əlavə, bildirilir ki, Vaqner muzdluları Kursk vilayətinə gəlib və artıq Sudja yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə qarşı ilk döyüşlərə başlayıblar.
Senzor.az