Xarici hakerlər Trampın seçki qərargahının sənədlərini ələ keçirdilər –
İZLƏR İRANA APARIR?

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçki qərargahı xarici hakerlərin kiberhücumuna məruz qalıb.

 

Bu barədə “Politico” qəzetinin müxbirlərinə onun rəsmi nümayəndəsi məlumat verib.

 

Belə ki, xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər. Bundan sonra jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar. Məqalədə hücumda İranın şübhəli olduğu deyilir.

 

Keçmiş ABŞ prezidentinin seçki kampaniyasının kommunikasiya direktoru Stiven Çunq “Axios” portalına bildirib ki, bu sənədlər 2024-cü il seçkilərinə və bütün demokratik prosesə müdaxilə etmək üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yollarla əldə edilib.

 

Onun sözlərinə görə, “Microsoft”un hesabatında bildirilib ki, iranlı hakerlər 2024-cü ilin iyununda yüksək rütbəli Amerika məmurunun hesabını sındırıblar. Bu da, Trampın vitse-prezidentliyə namizəd seçdiyi müddət ilə üst-üstə düşür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.