Əfqanıstanın paytaxtı Kabilin qərbində dövlət neft anbarı yaxınlığında avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, 11 yaralanıb.
Bu barədə "TOLO News" telekanalı Kabil Polis İdarəsinin nümayəndəsi Xalid Zadrana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, avtomobil Daşt-e Bərçi ərazisində partladılıb.
"Hasht-e Subh" qəzetinin məlumatına əsasən, avtomobildə azı 20 nəfər olub. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
**17:51
Əfqanıstan paytaxtı Kabilin qərbində dövlətə məxsus neft anbarı yaxınlığında avtomobil partladılıb.
Bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, insident nəticəsində ölənlər var. Təhlükəsizlik xidməti partlayışın baş verdiyi əraziyə girişi məhdudlaşdırıb, hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.
Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
"Taliban" da hələlik insidentlə bağlı şərh verməyib.