Donald Tramp ABŞ hökumətini məhkəməyə verir - 100 MİLYON DOLLAR TƏZMİNAT TƏLƏB EDƏCƏK

ABŞ-ın eks-prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi izləmə olduğunu iddia edirlər.

 

Qeyd edək ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədlər götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.