Fələstin Prezidenti Mahmud Abbas Moskvaya səfər edib.
Senzor.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.
Qeyd olunub ki, Mahmud Abbas avqustun 13-də Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Görüşdə Fələstin-İsrail münaqişəsinin hazırda kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.