Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Senzor.az bildirir ki, liderlər Ankarada bir araya gəliblər.
Prezident İqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, M.Abbasın sabah Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.