Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Özbəkistan tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev arasında telefon danışığı olub. Müxtəlif sahələrdə dinamik inkişaf edən ikitərəfli əməkdaşlığın əsas məsələlərinə toxunulub”, - məlumatda qeyd olunub.