Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan azadlığa buraxılıb.
Senzor.az bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məhkəmə keçmiş nazirin 15 milyon dram (37,5 min dollar) girov müqabilində həbsdən azad edilməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, keçmiş nazir yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrından həbsdə idi.