Qəzza üzrə danışıqların Doha raundu başa çatdı, tərəflər Qahirədə yenidən görüşəcəklər
YENİLƏNİB

Dohada Qəzza ilə bağlı danışıqlar ciddi, konstruktiv və müsbət mühitdə keçib.

 

APA xəbər verir ki, bu barədə Misir, Qətər və ABŞ-ın birgə bəyanatında deyilir.

 

Bəyanatda qeyd olunub ki, tərəflər Qəzzada müharibəyə son qoymaq üçün razılığa gəlmək ümidi ilə gələn həftənin sonuna qədər Qahirədə yenidən görüşəcəklər.

 

Bəyanatda deyilir ki, texniki qruplar yaxın günlərdə Vaşinqtonun təklif etdiyi yeni razılaşmanın həyata keçirilməsinin təfərrüatları üzərində işləməyə davam edəcəklər: “Dohada son 48 saat ərzində hökumətlərimizin yüksək səviyyəli rəsmiləri atəşkəsin əldə olunması, girov və məhbusların azad edilməsi üçün sazişin bağlanması məqsədi ilə vasitəçi qismində intensiv danışıqlar aparıblar. Bu danışıqlar ciddi və konstruktiv olub və müsbət atmosferdə keçib. Bu gün səhər saatlarında Dohada ABŞ, Misir və Qətərin dəstəyi ilə hər iki tərəfə Prezident Baydenin 31 may 2024-cü ildə irəli sürdüyü prinsiplərə və Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə uyğun gələn təklifini təqdim edib. Əldə edilən bu razılaşma qalan boşluqları aradan qaldırır.

 

İşçi qruplar qarşıdakı günlərdə sazişin icrasının təfərrüatları, o cümlədən sazişin geniş humanitar müddəalarının həyata keçirilməsi üçün tədbirlər, habelə girovlar və məhbuslarla bağlı spesifik hallar üzrə texniki işləri davam etdirəcəklər.

 

Hökumətlərimizin yüksək səviyyəli rəsmiləri bu gün irəli sürülən şərtlərə uyğun olaraq sazişi bağlamaq məqsədi ilə gələn həftənin sonuna qədər Qahirədə yenidən toplaşacaqlar.

 

Üç ölkə liderinin ötən həftə bəyan etdiyi kimi, "Hər hansı tərəfin daha çox gecikdirmək üçün nə vaxt itirməyə, nə də üzr istəməsinə ehtiyac yoxdur. Girovları və məhbusları azad etmək, atəşkəsə başlamaq və bu razılaşmanı həyata keçirmək vaxtıdır””.

 

**18:15

 

Qəzza üzrə danışıqların Doha raundu başa çatıb.

 

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

 

O qeyd edib ki, danışıqların nəticəsi ilə bağlı bəyanat yayımlanacaq.

 

İsrail mediasının məlumatına görə, Dohada atəşkəs danışıqlarında iştirak edən İsrail nümayəndə heyəti bu axşam ölkəyə qayıdacaq.

 

Qeyd edək ki, ötən gün Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb.

 

Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edib.

 

HƏMAS nümayəndələri Dohada keçirilən danışıqlara qatılmayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.