Moskva və Kiyev Dohada məxfi danışıqlara hazırlaşırdılar – KURSKA HÜCUM HƏR ŞEYİ POZDU
"THE WASHİNGTON POST"

Moskva və Kiyevin nümayəndə heyətləri enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması ilə bağlı bu ay Dohada məxfi danışıqlar aparmalı idilər.

 

Bu barədə "The Washington Post" diplomatik mənbələrə istinadən yazır.

 

Məlumata görə, danışıqlar Rusiyanın Kursk vilayətində vəziyyətin gərginləşməsi səbəbindən pozulub.

 

Qətər bu danışıqlarda vasitəçi kimi çıxış etməli idi, lakin Rusiya tərəfi prosesi dayandırmaq qərarına gəlib.

 

Qəzetin həmsöhbətləri bildiriblər ki, bu danışıqlarda tərəflər iki ay ərzində bir-birilərinin enerji obyektlərinə hücum etməmək barədə razılığa gəlməyi planlaşdırıblar ki, bu da qismən atəşkəsə bərabər ola bilərdi: “Rusiya danışıqları ləğv etmədi, onlar bizə vaxt verin dedilər”.

 

Son məlumata görə, diplomatik kanallarla həyata keçirilən müzakirələr nəticəsində tərəflər avqustun 22-də videokonfrans formatında görüşməyə razılaşıblar.

 

O da qeyd edilib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbuldakı danışıqlardan sonra 2022-ci ildən bəri üz-üzə görüşmürlər.

 

Kreml və Ağ Ev qəzetə şərh verməkdən imtina ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.