Rusiyalı həmkarı Mixail Mişustinin dəvəti ilə bu ölkəyə gələn Çinin hökumət başçısı Li Tsyan Prezident Vladimir Putinlə görüşüb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
O, həmçinin, Mişustinlə Rusiya və Çin hökumət başçılarının 29-cu iclasını keçirib. İclasda iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlığın inkişafı məsələləri ilə bağlı müzakirə aparılıb. Sənaye, enerji, kənd təsərrüfatı və nəqliyyat sahələrində birgə layihələrin təşviqinə xüsusi diqqət ayrılıb.
Xatırladaq ki, Putin və Li Tsyan axırıncı dəfə Rusiya liderinin mayda Çinə səfəri zamanı görüşüblər.