İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralanaların sayı 30 nəfərə çatıb, ölənlərin sayı dəyişməyib.
Senzor.az bildirir ki, bu barədə “Al Wataniya” milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var”, - məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl “Al Mayadeen” telekanalı İsrail ordusunun Bekaa vadisini atəşə tutması nəticəsində ən azı bir nəfərin öldüyünü, daha 20 nəfərin isə yaralandığını bildirib.