Qətərin Baş naziri İrana gedir

Qətərin Baş naziri, həmçinin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman bin Casim Al Saninin yaxın günlərdə İrana səfəri gözlənilir.

 

İranın yarırəsmi "Tasnim" xəbər agentliyinin məlumatına görə, onun İran hökumət nümayəndələri ilə görüşlərində ikitərəfli və regional məsələlər ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, İsrail-HƏMAS arasında atəşkəs danışıqlarının cari vəziyyəti qiymətləndiriləcək.

 

Yeri gəlmişkən, Qətər İsrail və HƏMAS müharibəsinin həllində vasitəçi rolu oynayaraq, danışıqlarda rəhbər mövqe tutur. İyulda Tehranda sui-qəsd nəticəsində qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə də məhz Qətərin paytaxtı Doha şəhərində torpağa tapşırılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.