ABŞ Ukraynaya öz silahları ilə Rusiya Federasiyasına zərbə endirmək üçün icazə vermək istəmir - gələcəkdə Moskva ilə münasibətlərini bərpa etmək ümidi ilə.
Bu barədə "Politiko" mənbələrinə istinadən yazıb.
Nəşrin mənbəsi bildirib ki, Ağ Ev və Pentaqon iddia edir ki, Ukrayna bunsuz da qalib gəlmək imkanına malikdir.
Ağ Ev rəsmilərindən biri Rusiya üzərində "Fırtına kölgəsi" və ya ATACMS-dən istifadənin reklam edildiyi qədər təsirli olmaya biləcəyini söyləyib.
"Rusiya hava məkanından Ukraynanın mülki infrastrukturuna hücum edən təyyarələrin 90 faizi artıq bu raketlərin əhatə dairəsindən kənara çıxıb. Həmçinin ABŞ sonda Moskva ilə münasibətləri bərpa etmək istəyəcək və uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması bu səyləri poza bilər", - ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi nəşrə bildirib.(Axar.az)