Almaniyanın Zolingen şəhərində təşkil olunan festival iştirakçılarına silahlı hücum olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bıçaqlı hücum nəticəsində üç nəfər həlak olub, 9 nəfər xəsarət alıb.
Qanlı hadisədən sonra şəhər festivalı ləğv edilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və təhlükəsizlik qüvvələri cəlb olunublar. Polis hadisəni törətdikdən sonra qaçan şəxsin yaxalanması üçün genişmiqyaslı əməliyyat tədbirlərinə başlayıb. Əraziyə 40-dək xüsusi texnika göndərilib.
Əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etmələri, şəhər mərkəzinə getməmələri barədə ciddi xəbərdarlıq olunub.