Polşa Prezidenti Andjey Duda Ukraynaya elan olunmamış səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Polşa liderinin dəftərxanası məlumat yayıb.
Qeyd olunub ki, A.Duda Ukraynanın müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək niyyətindədir.
Xatırladaq ki, ötən gün Hindistanın Baş naziri Narendra Modi də Kiyevə gəlib.