Ukraynanın tərəfdaşları “yox olsalar” belə, Silahlı Qüvvələrimiz sonadək davam edib hər şeyin öhdəsindən gələcək.
"Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Duda və Litvanın Baş naziri İnqrida Simonyte ilə birgə mətbuat konfransında deyib.
“Ordu hər şeyə hazırdır. Ukraynanın bu gün atdığı və atacağı çoxlu addımlar var ki, müharibənin sonu yalnız ölkənin ərazi bütövlüyünün bərpası və Rusiya Federasiyasının təkrar təcavüzünün qarşısının alınması ilə baş verə bilər”, - Zelenski vurğulayıb.