Ötən gün Solingendə Şərq görünüşlü cinayətkarın şəhərin 650 illik yubileyi şərəfinə keçirilən “Müxtəliflik festivalı”na gələnlərə hücumu nəticəsində bir neçə nəfərin öldüyü qanlı terror aktı fonunda Almaniya ictimaiyyəti kəşfiyyat xidmətlərinin effektivliyi və onun fəaliyyət vektorunun Rusiyanın simasında qondarma təhlükədən ölkə daxilində real təhlükəsizlik problemlərinə yönləndirilməsinin zəruriliyini gündəmə gətirib.
Bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində üç nəfər yerindəcə ölüb, ən azı doqquz nəfər ağır yaralanıb və həkimlər onların həyatları üçün mübarizə aparır: "Çaxnaşma təkcə Solingen sakinlərini deyil, həm də bütün Şimali Reyn-Vestfaliya federal əyalətini bürüyüb, çünki terrorçu nəinki hələ tutulmayıb, hətta polis və kəşfiyyat xidmətlərində onun görünüşü ilə bağlı heç bir aydın məlumat yoxdur, yalnız onun ərəb kimi göründüyü məlumdur".